http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Özünü polis kimi təqdim edən şəxslə bağlı DİN açıqlama yaydı

03 İyun 2023 , 08:11
Özünü polis kimi təqdim edən şəxslə bağlı DİN açıqlama yaydı

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

"Operativ Media" xəbər verir ki, mətbuatın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Kərimov Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə orqandan xaric edilib.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • 17:07

    Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
  • 17:00

    Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
  • 16:39

    Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
  • 16:05

    Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib
  • 16:03

    Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb
  • 16:00

    "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib
  • 15:58

    "Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
  • 15:44

    Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Menyu