http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Nərimanovda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən şəxs həbs edilib

06 İyun 2023 , 09:53
Nərimanovda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən şəxs həbs edilib

Ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə  kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb. 

Onun barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış  material baxılması  üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o,  5   gün  müddətinə  inzibati   qaydada   həbs   edilib.

OXŞAR XƏBƏRLƏR
AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir

AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir

Bakıda obyektdəki yanğın söndürülüb

Bakıda obyektdəki yanğın söndürülüb

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

XƏBƏR LENTİ
  • 11:26

    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
  • 10:07

    İranın cənub-şərqində helikopter qəzası baş verib
  • 09:30

    Hakan Fidan: “Hizbullah”ın lideri region üçün önəmli fiqur idi
  • 09:25

    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Menyu