http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Xəzər rayonunda hərbi sursat aşkarlanıb

09 İyun 2023 , 10:38
Xəzər rayonunda hərbi sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xəzər rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.d

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar olaraq dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib

OXŞAR XƏBƏRLƏR
Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb

Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb

Kolleclərə direktor müavinləri təyin olunub

Kolleclərə direktor müavinləri təyin olunub

DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib

DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib

XƏBƏR LENTİ
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Menyu