http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ağsuda vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

09 İyun 2023 , 12:16
Ağsuda vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.  

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, iyunun 7-də Ağsu rayonu ərazilərində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Ağsu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri, Pirhəsənli və Yəgəli kənd bələdiyyələrinin sədrləri  barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb

Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb

Kolleclərə direktor müavinləri təyin olunub

Kolleclərə direktor müavinləri təyin olunub

DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib

DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib

XƏBƏR LENTİ
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Menyu