http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Virtualda insanlar “mən daha xoşbəxtəm” mübarizəsi aparırlar - Psixoloq

13 İyun 2023 , 18:30
Virtualda insanlar “mən daha xoşbəxtəm” mübarizəsi aparırlar - Psixoloq

Sosial mediada hər şeyi paylaşan insanlar daha qəribədir? Yoxsa sosial mediada özlərini fərqli göstərənlər? suallarına cavab axtarsaq, “hər iki hal qəribədir” cavabı daha doğrudur. Hər iki hal şəxsin emosional zəkasından asılıdır.

Bu fikirləri  "Operativ Media"ya açıqlamasında psixoloq Rövşən Nəcəfov bildirib.

1681995961_whatsapp-image-2023-04-05-at-20.46.57.jpeg

Onun sözlərinə görə, zamanını rəqəmsal dünyaya sərf edən əsasən iki şəxsiyyət tipi var: Müntəzəm nə etdiyini paylaşanlar və insanların məişətinə maraq göstərənlər. Xoşbəxt insanların öz xoşbəxtliklərini sosial mediada paylaşmağa vaxtı yoxdur. İstər ailə, istərsə də şəxsin səmimi xoşbəxtliyi rəqəmsal deyil. Xoşbəxt insanın boş zamanı olmur. Hər gün xoşbəxt olduğunu göstərən insanların psixikasında komplekslərin olduğunu müşahidə edə bilərik və ya bədbəxtdirlər.
 

Rövşən Nəcəfov bildirib ki, müntəzəm paylaşım edən insanların narsisist olmaq ehtimalını müşahidə edə bilərik:

"Sosial platformalarda şəxsin məhz özü ilə bağlı paylaşımları və tez-tez qarşılıqlı münasibətlərin qurulması şəxsin narsisist olmasını tətikləyə bilər. Amma şəxsin etdiyi paylaşımın məzmunundan və rəqəmsal fəaliyyətindan asılıdır. Real həyatda edə bilmədiklərini virtual dünyada etmək istəyən şəxslər eqolarının əsiridirlər. Realda olmayan güclərini virtualda formalaşdırmağa çalışırlar. Virtual dünya sərhədsizdir, imkanlar yaradır. Real həyatda qaydalar var, virtual dünya qaydasız döyüşdür. İnsanlar “mən daha xoşbəxtəm” mübarizəsi aparırlar. Xoşbəxt olduqlarını sübut etməyə çalışırlar. Bahalı həyat yaşadıqlarını, müsbət enerjinin sahibi olduqlarını və xoşbəxt ailə olduqlarını hər gün nümayiş etdirirlər. Kütlə hər zaman elitaya yaxın olduğunu göstərmək istəyir, amma elitanın düşüncə olduğunu unudur".


Psixoloq qeyd edib ki, biznesdə psixologiyanın rolu böyük olduğu üçün virtual korperasiyalar insanların arzu və istəklərini maddiyyata çevirirlər: "Müxtəlif rəqəmsal fəaliyyətlərlə insanların əslində nə istədiklərini müəyyənləşdirirlər, daha sonra onlara öz məhsullarını təqdim edirlər. Real həyatda olduğu kimi, sən nə istəyirsənsə, onu əldə etmək şansın olacaq mühitdə var olmağa cəhd edirsən. Rəqəmsal dünyada şəxsin fəaliyyətləri onu alqoritmləşdirir və rəqəmsal psixikasını ifadə edir. İnsanlar olduğu kimi görünmək istəmirlər. Virtual dünyada insanlar öz şəxsiyyətlərini gizlədirlər. Özlərini ən yaxşılar sırasında göstərirlər. Virtual dünyada təmas olmadığı üçün insanlar öz kimliklərini istədiklərini kimi təqdim etməyi bacarırlar, rəqəmsal şəxsiyyət formalaşdırırlar".

Psixoloq Gülnar Orucova isə "Operativ Media"ya bildirib ki, bəzi insanlar özlərinə aid olmayan paylaşımlar edirlər və yaxud kimsə realda deyə bilmədiyi sözləri, içində yığılıb qalmış kini, nifrəti, gərginliyi sosial şəbəkələrdə paylaşırlar:  

Şəkilin açıqlaması yoxdur.Bir insanla bağlı probleminiz və ya deyə bilmədiyiniz sözünüz varsa mütləq fikirlərinizi həmin insana deyin. Problemi olduğunuz şəxslə aranızdakı məsələni yaxşı olar ki, ikilikdə həll edəsiniz".

"Belə hesab edirəm ki, bir insanın gün ərzində ikidən çox paylaşım etməsi normal hal deyil. Bu tip insanlar düşünmürlər ki, digər şəxslər bu paylaşımları görmək istəyir və ya istəmir. İnsanların həyatında boşluq olanda, sevgisizlik olanda onlar virtualda vaxt keçirməyə daha maraqlı olurlar. İnsanlar sevildiyini, dəyərli olduğunu həqiqətən hiss etdikdə həddindən artıq çox paylaşım etməyə meyilli olmurlar", - o, qeyd edib,

Gülnar Orucova hesab edir ki, insanlar sadəcə xoşbəxt olduğu anları da paylaşmamalıdır: "Bəzi insanlar sadəcə xoşbəxt anlarını paylaşırlar, amma, insan hər zaman xoşbəxt ola bilməz".

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Prezident  Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu