http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ermənilər Laçın buraxılış məntəqəsini atəşə tutub, sərhədçi yaralanıb - YENİLƏNİB

15 İyun 2023 , 10:05
Ermənilər Laçın buraxılış məntəqəsini atəşə tutub, sərhədçi yaralanıb - YENİLƏNİB

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Media"ya bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.

***

09:35

 

Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

"Atışma erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər. Bu dəhşətli hadisə Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür. Atışma Laçın keçid məntəqəsinin fəaliyyətinə problem yaratmayıb və Azərbaycanın onu qorumaq üçün kifayət qədər resursları var. Amma görünən odur ki, sərhəd-keçid məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni ciddi narahat edir. Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI

Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

XƏBƏR LENTİ
  • 15:20

    Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
  • 15:15

    Dünyanın ən yaxşı on mərkəz yarımmüdafiəçisi açıqlanıb
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
  • 14:45

    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
  • 14:37

    Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI
Menyu