http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

01 Oktyabr 2024 , 15:03
Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Palataları Federasiyasının sədri Hassan Moejeb Alhvaizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

İnvestisiya əməkdaşlığının genişləndirilməsi və ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətlərində imkanların reallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının səmərəli mexanizm olduğu vurğulanıb. Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanlarını müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb

Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu