http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ombudsman beynəlxalq təşkilatlara çağırış edib

15 İyun 2023 , 13:11
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib

Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyevanın müraciətində deyilir:


"2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur.

Məlum olduğu kimi 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmuş və fəaliyyəti müddətində nəqliyyat vasitələrinin və Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan erməni millətindən olan ölkə vətəndaşlarının təhlükəsiz keçidi təmin edilmişdir.

Humanitar məqsədlər üçün istifadə olunan bu sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, orada çalışan hərbi qulluqçuların, keçiddən istifadə edən mülki əhalinin həyat və sağlamlığına təhdid olmaqla yanaşı, regionda sülh quruculuğu prosesinə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə bir qəsd kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud pozuntusu olan bu hərbi təxribatı qətiyyətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, Ombudsman təsisatlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırıram".

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

XƏBƏR LENTİ
  • 17:31

    ABŞ-nin ən varlı şəxsləri kimlərdir?
  • 17:30

    İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
Menyu