http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

FHN hərbi hissədə təlim keçirib

01 Oktyabr 2024 , 17:18
FHN hərbi hissədə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu barədə "Operativ Media"ya FHN mətbuat xidmətindən məlumat verilib

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Praktiki hissə çərçivəsində isə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında hərbi hissənin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərərçəkmişlərin” hündürmərtəbəli binadan təxliyə edilərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.

Daha sonra hərbi hissənin şəxsi heyətinə yanğınsöndürmə və xilasetmə işlərinin aparılması qaydaları izah edilib, xüsusi xilasetmə alət və avadanlılqarı nümayiş olunub.

OXŞAR XƏBƏRLƏR
ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 19:44

    İsrail ölkənin mərkəzi hissəsinin əhalisinə sığınacaqların yaxınlığında qalmağı əmr edib
  • 19:40

    Nikol Paşinyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib
  • 19:36

    Husilər Qırmızı dənizdə Britaniyaya məxsus Cordelia Moon tankerini vurub
  • 19:32

    ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
Menyu