http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

NATO müdafiə nazirləri Brüsseldə bir araya gəliblər

15 İyun 2023 , 13:32
NATO müdafiə nazirləri Brüsseldə bir araya gəliblər

NATO ölkələrinin müdafiə nazirləri NATO-nun Brüsseldəki mənzil-qərargahında bir araya gəliblər.

"Operativ Media"nın xəbərinə görə, toplantıya NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.

Qeyd edək ki, NATO-Ukrayna Komissiyasının iclasında ilk olaraq 31 NATO müttəfiqinin müdafiə nazirləri iştirak edəcək. Daha sonra ABŞ-ın rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Təmas Qrupunun iclası keçiriləcək. Burada Ukraynanın müdafiə naziri Oleksi Reznikov sahədəki prosesləri NATO ölkələrinə çatdıracaq və Ukraynanın hərbi ehtiyacları müzakirə olunacaq.

Nazirlər həmçinin NATO-nun müdafiəsinin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bu çərçivədə 300 mindən çox əsgərin yüksək hazırlıq səviyyəsinə keçə biləcəyi yeni regional planlar, onlara ciddi hava və dəniz dəstəyi kimi məsələlər dəyərləndiriləcək.

Görüş zamanı müdafiə sənayesi şirkətləri ilə də görüşlər keçiriləcək. Bu çərçivədə kiçik, orta və iri miqyaslı müdafiə sənayesi istehsalçıları qeyri-rəsmi görüşlər üçün Brüsselə dəvət edilib.

Görüşlər zamanı nazirlərin müdafiə sənayesi nümayəndələri ilə istehsalın artırılması, tədarük zəncirlərinin davamlılığının təmin edilməsi və əməkdaşlığın artırılması kimi məsələləri müzakirə etmələri nəzərdə tutulub. Danışıqlarda Ukrayna və Avropa İttifaqı da iştirak edəcək.

Nazirlərin Müdafiə İstehsalı üzrə Fəaliyyət Planını dəyərləndirməsi və planın Vilnüs Sammiti zamanı qəbul edilməsi nəzərdə tutulur.

Plan silah və sursat ehtiyatlarında olan çatışmazlıqları tez bir zamanda aradan qaldırmaq, birgə döyüş sursatı ilə təmin etmək, sursat və materialların birgə işləmə qabiliyyətini artırmaq məqsədi daşıyır.

 

OXŞAR XƏBƏRLƏR
İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib

İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Polşa Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını təxliyə edir

Polşa Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını təxliyə edir

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu