http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Hərbi ekspert: "Ermənilərin terrora əl atması onların azğınlaşmasından xəbər verir"

15 İyun 2023 , 14:01
Hərbi ekspert: "Ermənilərin terrora əl atması onların azğınlaşmasından xəbər verir"

"Ermənilərin terrora əl atması onların azğınlaşmasından xəbər verir"

Bunu "Operativ Media"ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Tələblərimiz yerinə yetirilməsə, aclıq aksiyasına keçəcəyik” – Laçın  dəhlizində olan Telman Qasımov DANIŞDI | KONKRETTelman Qasımovun sözlərinə görə, ermənilərin bu tip terror əməliyyatlarına əl atmasının səbəbi Həkəri çayının üzərindəki Azərbaycan tərəfindən qoyulmuş Sərhəd keçid məntəqəsindən qaynaqlanır. 

"Hələ bu günə kimi onlar Azərbaycan tərəfinin sərhəd keçid məntəqəsinin qurulmasını həzm edə bilmirlər. Bu baxımdan daimi davamlı olaraq mən məlumat vermişdim ki, bunlar yenə də Tovuz və Naxçıvan istiqamətində təxribatlar həyata keçirməyə çalışırlar. Analiz edəndə görürdük ki, bunlar ipə-sapa yata bilmirlər. Özlərinə bağışlaya bilmirlər ki, həmin o yolda biz artıq post qurmuşuq, bütövlükdə nəzarətə götürmüşük, onların qanunsuz fəaliyyətinin qarşısını almışıq".

Hərbi ekspertin sözlərinə görə, bu gün səhər onların növbəti təxribatı ilə hərbçimizin yaralanması onu göstərir ki, ermənilərlə bizim münasibətimiz düzəlməyəcək. 

"Bunlar əl çəkməyəcəklər. Bunlar artıq genetik xəstədilər. Düzdür bunların içində adekvat olanlar da var ki, onları bu siyahıya salmıram. Amma əksəriyyət revanşistdirlər, əksəriyyət Türkiyə Azərbaycana nifrət edənlərdirlər. Buna görə də bunları daimi sıxmaq lazımdır. Təbii ki, burada Fransa, İran rol oynayır. Hamıya maraqlı olan faktorlar var ki, istəmirlər bu münasibətlər düzəlsin. Xüsusən də Türkiyədə keçirilən seçkilərdən sonra bunlar qıcıqlanırlar. Bunlar qardaş Türkiyədə seçkilərin nəticələrini başqa cür gözləyirdilər və bunların planları pozuldu. Planları pozulduqca daha da aktivləşirlər radikallaşırlar".

Telman Qasımov onu da bildirdi ki, ermənilərin təxribatının bundan sonra da davam etməsi istisna edilmir.

"Qarşıdan bizi bunlar tərəfindən daha fərqli surprizlər gözləyir. Buna görə də ayıq olmalıyıq. Xüsusən də bugün ya sabah bəlkə də Fransa yenidən Azərbaycanın əleyhinə hansısa addımlar atacağını gözləmək lazımdır. Hamının maraqları toqquşur Zəngəzur üzərində. Hər kəs öz payına sahib çıxmaq istəyir. Düşünürəm ki, Azərbaycan tərəfi sülh məsələsinə çox yüklənməməlidir. Biz daha çox yüklənməliyik Qarabağımızın bu ünsürlərdən təmizlənməsinə, Xankəndinin birdəfəlik nəzarətə götürülməsinə, sərhədlərimizin möhkəmlənməsinə və bir dənə də olsun yad ünsürlərin Azərbaycan ərazisinə daxil olub çıxmasına icazə verilməməlidir"-deyə ekspert bildirib.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

XƏBƏR LENTİ
  • 17:37

    Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir
  • 17:31

    ABŞ-nin ən varlı şəxsləri kimlərdir?
  • 17:30

    İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
Menyu