http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Mənimsəmə faktı ilə bağlı vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

16 İyun 2023 , 11:54
Mənimsəmə faktı ilə bağlı vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

"Operativ Media" xəbər verir ki, İstintaqla həmin xəstəxananın baş həkimi Eynulla Qasımovun “Xanlar-Aysu” MMC-nin direktoru Xasməmməd Bayramovla əlbir olaraq dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış, eləcə də tibb müəssisələrində əsaslı təmir işlərinin həyata keçirilməsi üçün onlara etibar edilmiş 44 min manatdan artıq pul vəsaitini informasiya resursları və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə dövlətə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilmiş, Eynulla Qasımovun ölümü ilə əlaqədar barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmiş, Xasməmməd Bayramova isə Cinayət Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

“Xanlar-Aysu” MMC  barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məlumatlar da daxil olmaqla cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

XƏBƏR LENTİ
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:10

    İran İsrailə raket hücumu edib - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
  • 19:59

    Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Menyu