http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

01 Oktyabr 2024 , 19:32
ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Rövşən Rüstəmov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib və ADY-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü işlər barəsində danışıb.

ADY-dən "Operativ Media" verilən xəbərə görə, tədbirdə çıxış edən Rövşən Rüstəmov dəmir yollarının qarşısında 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmaq hədəfi qoyulduğunu və buna nail olmaq üçün günəş paneli daxil olmaqla bərpaolunan enerji resurslarından istifadənin genişləndirildiyini, nəticədə ADY-nin ötən il emissiyaların 9% azaldılmasına nail olduğunu bildirib.

ADY sədri növbəti addım olaraq enerji səmərəliliyi və elektrikləşdirmə texnologiyalarının tətbiqi ilə dəmir yollarında infrastruktur yeniləmələrinin həyata keçirildiyini qeyd edib.

Rövşən Rüstəmov, eyni zamanda, ADY-nin bu il dəmir yollarının tarixində ilk dəfə olaraq “Dayanıqlılıq Hesabatı”nı dərc edəcəyini, bu hesabatda inkişaf səylərinin qlobal ekoloji hədəflərlə uyğunlaşdırılması ilə emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və ətraf mühitin qorunması üzrə əldə edilən nailiyyətlərin ətraflı təsvir olunacağını deyib: “Bərpaolunan enerji ilə yanaşı infrastrukturu və qatarlarımızı yeniləməyə də sərmayə qoyuruq. Buraya enerji səmərəliliyi texnologiyalarının tətbiqi, logistikada təkmilləşmələr və dəmir yolu şəbəkəmizin elektrikləşdirilməsinin genişləndirilməsi daxildir. Elektrikləşdirmə xüsusilə ümidvericidir, çünki bu, həm emissiyaları azalda, həm də əməliyyatlarımızı daha səmərəli edə bilər”.

ADY sədri çıxışı zamanı Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər beynəlxalq qurumlarla əməkdaşlıqların emissiyaları azaltmaq və dəmir yollarını müasirləşdirmək, dolayısı ilə beynəlxalq nəqliyyat bağlantılarını ekoloji cəhətdən təmiz etmək baxımından mühüm rola malik olduğunu qeyd edib.

Bu kontekstdə Avropa və Asiyanı Azərbaycan üzərindən birləşdirən Orta Dəhlizlə yükdaşıma müddətləri qısalır və nəqliyyat xərcləri 40%-ə qədər azaldılaraq daha sürətli tranzit imkanları yaradılır. Daha qısa müddətdə daha sürətli yük əməliyyatları yaşıl və dayanıqlı gələcəyi dəstəkləmək potensialı vəd edir.

Orta Dəhlizdən danışan Rövşən Rüstəmov, həmçinin bu ilin 20 sentyabr tarixində Avstriya, Türkiyə, Çin və bir neçə Mərkəzi Asiya ölkəsindən olan dəmiryol administrasiyalarının rəhbərləri ilə Avrasiya Nəqliyyat Marşrutu (ANM) Beynəlxalq Assosiasiyanın yaradılmasının müzakirə olunduğunu xatırladıb, ANM-in Orta Dəhliz boyunca dayanıqlı və inklüziv inkişafı təşviq edəcəyini, eyni zamanda keçdiyi ərazilərdə ətraf mühiti və icmaları qorumaq öhdəliyinə sadiq qalacağını bildirib.

OXŞAR XƏBƏRLƏR
Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
  • 19:59

    Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Menyu