http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

18 İyun 2023 , 17:05
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Elçin Tağıyev və Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

"Operativ Media" xəbər verir ki, Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələrinin, rayon icra hakimiyyətlərinin əməkdaşlarının, şəhidlərin ailə üzvləri və yaxınlarının, döyüş yoldaşlarının, hərbi qulluqçular və kursantların, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə şəhidlərimizin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub və ehsan süfrələri açılıb.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

OXŞAR XƏBƏRLƏR
Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

XƏBƏR LENTİ
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
Menyu