http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

"Günay Bank" əmanətçilərinin NƏZƏRİNƏ - “Bank Respublika”da kompensasiya verilir

19 İyun 2023 , 09:52
"Günay Bank" əmanətçilərinin NƏZƏRİNƏ - “Bank Respublika”da kompensasiya verilir

“Bank Respublika”da "Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, 19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın bütün filial və şöbələrində, müflis elan edilmiş “Günay Bank” əmanətçilərinə kompensasiyaların verilməsi prosesinə başlanılır.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Günay Bank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində - “Bank Respublika” ASC seçilibr.

Əmanətçilər, kompensasiyaların alınması üçün “Bank Respublika” ASC-nin müvafiq filiallarına və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların), habelə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, “Bank Respublika”nın xidmət şəbəkəsinə ölkənin bütün bölgələrini əhatə edən 33 filial və 3 şöbə daxildir. Bunların 18-i müvafiq olaraq Bakı və Abşeronda, eləcə də regionlarda fəaliyyət göstərən 18 xidmət nöqtəsi daxildir. Əmanətçilər Bankın iş qrafikinə uyğun olaraq saat 09:00-dan 17:30-dək “Bank Respublika”nın istənilən filial və şöbəsinə müraciət edə bilər və müvafiq sənədlərin yoxlanılmasından sonra kompensasiyalarını ala biləcəklər. 

Bankın xidmət şəbəkəsi yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı www.bankrespublika.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində, eləcə də facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Bakıda cinayət törətməkdə şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb

Bakıda cinayət törətməkdə şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

XƏBƏR LENTİ
  • 07:58

    Bakıda cinayət törətməkdə şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb
  • 07:26

    Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
Menyu