http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"İnsanın psixologiyası yaşadığı həyatı təcəssüm etdirir" – Psixoloq şərhi

31 İyul 2023 , 12:27
"İnsanın psixologiyası yaşadığı həyatı təcəssüm etdirir" – Psixoloq şərhi

İnsanların bir-birilərindən fərqi özünü onların sosial həyat səviyyəsində göstərdiyi kimi, psixologiyalarında da biruzə verir. Onlar əzəldən bəri yaşadıqları həyatı o qədər mənimsəyirlər ki, öz xəyali dünyalarında belə həmin sərhədləri aşa bilmirlər. Beləliklə, varlı və kasıb psixologiyası formalaşır və insan sonradan başqa bir həyat tərzinə sahib olsa belə, yeni həyatın insanına xas cəhətləri qəbul edə bilmir.

Mövzu ilə əlaqədar psixoloq Ülviyyə Murtuzova “Operativ Media”ya bildirib ki, bunlar əqli və zehni inkişafdan doğacaq yanaşma tərzləridir ki, orada həm kübarcasına davranış sərgiləməsi, həm də insanın cahilcəsinə davranış nümunələri mövcuddur. 

“Əvvəllər buna təkan verən səbəblər arasında ən çox ailə və böyüdülmə tərzinin əsas rol oynadığı deyilsə də, hazırda bioloji faktorun üstünlük daşıdığı qənaətinə gəliblər. Bunlarla yanaşı, sosial faktorların da rolu böyükdür. Adətən həddindən artıq eqo, özünü öymə, lovğalıq, narsist tipli xüsusiyyətlər özünü varlı psixologiyasında göstərir. Əslində isə insanın şəxsiyyətinin nə qədər inkişaf etməsi, fikir və düşüncələrinin zənginliyi bununla kifayətlənmir. İnsanların özünü mükafatlandırması və günahlandırması var ki, varlı psixologiya sahibi özü-özünü tərifləyərək mükafatlandırmaqla məşğul olarkən kasıb psixologiyalı şəxs  hər şeydə özünü təqsirkar bilir".

Psixoloq qeyd edib ki, özünü günahlandırmaq hissi özgüvənin kiçilməsi, sıfırlanması və özdəyərinin itirilməsidir. 

“Bəzən özgüvəni olmayan insanlar danışmaq haqqının olmadığını və bunu haqq etmədiklərini düşünürlər, ona görə onlara bəsit şəkildə kasıb psixologiyalı deyirik.  Buna baxmayaraq həmin şəxsiyyətin özünü inkişaf və inşa etdirməsi, elmi və texniki biliklərə yiyələnməsi o qədər yüksək ola bilər ki, sadəcə danışmaq xətrinə danışanlara görə necə zəngin olduğu meydana çıxar. Burada problemin kökü insanların cəmiyyətlə özünü formalaşdırılması arasındakı problemdir ki, bu da birbaşa valideyn övlad arasındakı münasibətdən, hansı mühitdə böyüdülmədən qaynaqlanır. Varlı və ya kasıb psixologiyası konfliktli atmosferin təsiri nəticəsində formalaşır”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
Menyu