http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qeysəriyyə əməliyyatı, yoxsa təbii doğuş- hansı daha risklidir?

07 Avqust 2023 , 08:30
Qeysəriyyə əməliyyatı, yoxsa təbii doğuş- hansı daha risklidir?

Son dövrdə hamilə qadınlar övladlarını dünyaya gətirmək üçün təbii doğuş, yoxsa qeysəriyyə əməliyyatı arasında seçim etməkdə çətinlik çəkirlər. Onları ən çox narahat edən isə hansı üsulun həm ana, həm də dünyaya gələcək uşaq üçün riskli olması ehtimalıdır. Hətta bəzi hamilə qadınlar keçmiş dövrü göz önünə gətirərək təbii doğuşa üstünlük versələr də, sonradan qərarını qeysəriyyə əməliyyatına dəyişirlər. Bəs həkimlərə görə hansı üsul daha təhlükəsizdir?

Bu barədə mama-ginekoloq Rəşad Sultan “Operativ Media”ya bildirib ki, ehtiyac olmadığı halda hamiləliyi sonlandırmaq üçün əsasən təbii doğuş tövsiyə edilir. 

RƏŞAD SULTAN MAMA – GİNEKOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Onun sözlərinə görə, qeysəriyyə əməliyyatının yaxın və uzaq dönəm üçün ağırlaşmaları üstünlük təşkil edir:
“İlk hamiləlik dönəmində doğuş üçün qeysəriyyə əməliyyatı daha rahat görünür, lakin ikinci və ya üçüncü hamiləlik dövrü üçün risk faktorları meydana çıxır. Cift gəlişi başda olmaqla, qarındaxili bitişmələr, sidik kisəsi, bağırsaq bitişmələri, sonrakı qeysəriyyələrdə yaralanmalar və bu tip uzaq dönəm ağırlaşmalar bu cür doğuş üsulu sonrasında daha çox rast gəlinir. Bununla yanaşı yaxın dönəm ağırlaşmalar da əsasən qeysəriyyə əməliyyatlarına xasdır və buna görə qadın bir müddət xəstəxanada qalmalı olur, anesteziya, yəni narkozdan istifadə olunur. Qeysəriyyədən sonra uşaqlığın və ətraf toxumaların iltihabı olan “endometrit”ə normal doğuş ilə müqayisədə altı dəfə daha çox rast gəlinir. Həmçinin qanın laxtalanması ilə əlaqədar trombembaliya deyilən qan laxtasının böyük damarları tutması və ölümə gətirib çıxarması ilə nəticələnən ağırlaşmalar qeysəriyyə əməliyyatında iki dəfə çox baş verə bilər”. 

Həkimin dediyinə görə, ölkəmizdəki hamilə qadınların təbii doğuşdansa, qeysəriyyə üsulu ilə doğuşa üstünlük verdikləri müşahidə olunur".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

XƏBƏR LENTİ
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
  • 13:40

    ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq
Menyu