http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Beynəlxalq Oftalmoloqlar Günündə həkimdən tövsiyə 

08 Avqust 2023 , 18:31
Beynəlxalq Oftalmoloqlar Günündə həkimdən tövsiyə 

8 avqust tarixi 2004-cü ildən bəri bütün dünyada Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu,  göz cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Gözlər insanın bədən üzvləri arasında məxsusi rola sahibdir, çünki görməni təmin edən bu orqan olmasa, xarici aləmdən məhrum olan şəxsin daxili aləmində də müəyyən əskiklər yaranacaq.

Bəs gözlərimizi necə qorumalıyıq ki, eynək və ya linzadan istifadəyə ehtiyac yaranmasın?

Bu barədə “Operativ Media”ya açıqlama verən oftalmoloq Hafiz Qəhrəmanov bildirib ki, genetik və kiçik yaşlarından eynəkdən istifadə edən biri əməliyyat vasitəsilə bundan xilas ola bilər.

Hafiz Qəhrəmanov

“Optik eynəyi uzağ və yaxını görməkdə çətinliyi olanlar, astiqmatdan əziyyət çəkənlər və adətən, 40 yaşdan yuxarı insanlar istifadə edirlər. İnsan nə eynəkdən, nə də kontakt linzadan istifadə etmək istəmirsə, bu zaman qidalanmasına və həyat tərzinə xüsusi diqqət yetirməlidir.  Onlar sitrus meyvələrinə üstünlük verməli, pomidor, kök və tərkibində karotin olan digər tərəvəzlərdən istifadə etməlidirlər. Ət və balıq məhsulları göz üçün çox faydalıdır. Bu cəhətdən tərkibində Omega turşuları olan balıq yağının tükətimi gözlərə və insanın enerjisinə müsbət təsir edir. Bundan əlavə A, C və E vitamini gözün tor vəqüzehli qişasına olduqca faydalıdır.
Həkim onu da əlavə edib ki, gözlərində zəiflik his edən biri ilk olaraq optikaya deyil, məhz oftalmoloq həkimə müraciət etməlidirlər:

“Mütəxəssis rəyi olmadan optikaya gedib özbaşına eynək seçmək düzgün deyil. Əks halda düzgün diaqnoz qoyulmadan alınan həmin optik eynək gözləri zəiflənmədən qorumaq yerinə, daha da zəifləməsinə səbəb ola bilər”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
Menyu