http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

“Aİ-95“ markalı benzinin qiymətinin qonşu ölkələrdə bahalaşması Azərbaycandakı qiymətlərə təsir edə bilərmi?

26 Avqust 2023 , 09:44
“Aİ-95“ markalı benzinin qiymətinin qonşu ölkələrdə bahalaşması Azərbaycandakı qiymətlərə təsir edə bilərmi?

Bir sıra ölkələrdə Aİ 95 markalı benzinin qiymətində artım müşahidə edilir. Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasında (SPİMEX) cümə günü keçirilən ticarətin yekunlarına əsasən, Aİ-95 markalı benzinin qiyməti ardıcıl ikinci gün qiymət rekordunu yeniləyərək, bir ton üçün 70 min rublu ötüb.

Azərbaycanda Aİ 95 və Aİ 98 markalı benzin yerli istehsal olmadığından yalnız idxal edilir. Sonuncu dəfə neftin qiymətinin bahalaşması premium markalı benzinlərə də təsir etdi. Bəs bu dəfəki artım tendensiyası Azərbaycana necə təsir edəcək?

“Operativ Media”ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan bazarında reallıqlar fərqlidir. Dünyada baş verənlər əksər hallarda fərqli yanaşma ilə özünü bizim bazarda göstərir.

“Azərbaycan Aİ 95 və Ai 98 markalı benzinləri alır. Amma fikir versək, görərik ki, dünyada neftin qiyməti bahalaşanda Azərbaycanda da Aİ 95 və Aİ 98 markalı benzinin qiyməti bahalaşdı. Sonra dünya bazarında neftin qiyməti ucuzlaşdı. Nəticə etibarilə Aİ 95 və Aİ 98 markalın benzinlərin də qiyməti aşağı düşdü. Amma nədənsə Azərbaycanda bu hadisə baş vermədi. Deyirlər ki, bu markalı benzinlərin qiymətini bazar tənzimliyir, amma biz gördük ki, neft 130 dollardan 80 dollara düşdü. Kifayət qədər qiymətə təsir etməli idi. Amma etəmədi. Qiymət yerində betonlaşıb durub".

Ekspertin sözlərinə görə, qiymətin volatilliyi qonşu ölkələrdə də belə hiss olundu. Yalnız Azərbaycanda bu proses baş vermədi:

“Aİ 95 markalı benzinin qiyməti Rusiyada da baha idi, Gürcüstanda da. Qiymət onların hamısında aşağı endi. İndiki Aİ 95 markalı benzinin qiymətinə baxdıqda görürük ki, nəinki Rusiya, Gürcüstan kimi qonşu ölkələr hətta Amerika, Belarus belə A İ95-i bizdən ucuz satır. Hazırda Aİ 95 markalı benzinin bəzi ölkələrdə qiyməti qalxıb dedikdə belə, biz görürük ki, hansı ki o bahalaşma kimi təqdim edilən tarazlaşma halında belə Azərbaycandan ucuzdur. SOCAR açıqlama verməlidir ki, Aİ 95 markalı benzin niyə ucuzlaşmadı. Bu gün azərbaycanlılar niyə hələ də baha qiymətə benzin almalıdır, niyə artıq pul verməlidir? Bu suallara cavab lazımdır".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

XƏBƏR LENTİ
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
Menyu