http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

FHN: İsmayıllıda sel səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər

26 Avqust 2023 , 20:08
FHN: İsmayıllıda sel səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər

İsmayıllıda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.

"Operativ Media" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Şirinov Raqif Elman oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Cəlil Ağasif oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Etiram Niyazi oğlu və 1980-ci il təvəllüdlü Şirinov Abuzər Qurban oğlunu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.

OXŞAR XƏBƏRLƏR
FHN hərbi hissədə təlim keçirib

FHN hərbi hissədə təlim keçirib

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb

Sabah  Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu