http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub (VİDEO)

27 Avqust 2023 , 15:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub (VİDEO)

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qarşılama mərasimindən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən cənab Y.Gülər göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır

ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

XƏBƏR LENTİ
  • 07:38

    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
  • 06:54

    ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır
  • 06:38

    “Hizbullah” hərbi əməliyyatlardan əvvəl İsrailin şimalına zərbələr endirib
  • 06:20

    Yaponiya hökuməti tam tərkibdə istefa verib
  • 06:08

    Orxan Məmmədov milli üzvləri ilə görüşdü
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
Menyu