http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanda bəzi avtomobillərin ehtiyat hissələri ucuzlaşıb

29 Avqust 2023 , 15:39
Azərbaycanda bəzi avtomobillərin ehtiyat hissələri ucuzlaşıb

“Son bir neçə aydır ki, Azərbaycan avtomobil bazarında bəzi avtomobillərin ehtiyat hissələri 20 faizə qədər ucuzlaşıb” – bunu “Operativ Media”ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli bildirib. 

Dəniz Ağabəylinin sözlərinə görə, ucuzlaşma yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı yeni qərar qəbul edildikdən sonra başlayıb. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi aprel ayından məhdudlaşdırılıb.

“Hazırda istehsal ili 2006-cı ildən 2010-cu illərə qədər olan avtomobillərin, əsasən də Cənubi Koreya istehsalı olan avtomobillərin ehtiyat hissələrinin qiyməti ucuzlaşıb. “Kia” və “Hyundai” markalı avtomobillərin sedanlarının mühərikləri 1200-1300 manata satılırdı. Amma indi 800-1000 manat arası qiymətlər dəyişib. İkinci əl ehtiyat hissələrində biz fərqi aydın görürük. Avtomobillərin sürətlər qutusu, alt işlək hissələri də ucuzlaşıb”.

Ustanın sözlərinə görə ikinci əl ehtiyat hissələri ilə yanaşı yeni ehtiyat hissələrinin qiymətində də fərq var.

“Mağazalarda satılan yeni detalların da qiyməti ucuzlaşıb. Bəzi detallar var ki, onun işlənmiş ilə dəyişdirilməsi tövsiyyə olunmur. Ona görə sürücülər məcbur mağazalara üz tuturdu. Əsasən tez-tez dəyişən hissələrindən biri də mühərrikin kəməridi. Sürücülər mühərrikin kəmərlərini hər 100 min kilometrdən bir dəyişir. Əvvəllər bu ehtiyat hissəsi 150-200 manata alınırdı. İndi isə eyni detalın qiyməti 100 -120 manata qədər düşüb. Artıq mağazalarda görürlər ki, ikinci əl ehtiyat hissələrində ucuzlaşma var, ona görə də qiyməti endiriblər”.

Dəniz Ağabəylinin fikrincə, qiymətin ucuzlaşması bundan sonra da davam edə bilər. Çünki hazırda bazarda avtomobil dolululuğu müşahidə edilir.

“Düşünürəm ki, qiymətlərin ucuzlaşması bu avtomobillərin artıq gətirilməməsi ilə bağlıdır. Verilən son bir ay müddətində qonşu Gürcüstandan kifayət qədər gətirildi bu avtomobillərdən. İndi isə istehsal ili 10 ildən köhnə olan avtomobilləri gətirmək mümkün olmadığından, ancaq ehtiyat hissəsi kimi gətirilir. Ona görə də bazarda bolluqdur”.

OXŞAR XƏBƏRLƏR
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI

Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

XƏBƏR LENTİ
  • 15:27

    "HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir
  • 15:20

    Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
  • 15:15

    Dünyanın ən yaxşı on mərkəz yarımmüdafiəçisi açıqlanıb
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
  • 14:45

    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
Menyu