http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Adil Kərimli Tovuzda vətəndaşları qəbul edib (FOTO)

29 Avqust 2023 , 20:15
Adil Kərimli Tovuzda vətəndaşları qəbul edib (FOTO)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Tovuz rayonunda vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, qəbuldan öncə nazir Adil Kərimli və Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov Ümummilli lider Heydər Əliyevin Tovuz rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tovuz rayon Nizami adına Mədəniyyət evində keçirilən qəbulda əsasən Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, tarixi abidələrin vəziyyəti ilə bağlı təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu