http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Milli Məclisin deputatlarının tətili başa çatır

30 Avqust 2023 , 09:05
Milli Məclisin deputatlarının tətili başa çatır

Bu gün Milli Məclisin deputatlarının tətili başa çatır.

"Operativ Media" xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə -iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
  • 18:32

    Kamran Əliyev nepallı həmkarı ilə görüşüb
  • 18:27

    İstanbul hava limanı dünyanın ən yaxşı hava limanı seçilib
  • 18:19

    Britaniya Evil Corp qrupunun 16 hakerinə qarşı sanksiya tətbiq edib
  • 18:17

    Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq
Menyu