http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

01 Oktyabr 2024 , 18:32
Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Baş prokuror Kamran Əliyev Nepal Federativ Demokratik Respublikasının Baş prokuroru Ramesh Badalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"a verilən xəbərə görə, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində paytaxtımızda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş prokuror Kamran Əliyev gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək Azərbaycan və Nepal arasında ikitərəfli müstəvidə son illərdə irəliləyişlərin baş verdiyini bildirib, bir çox sahələr üzrə artıq münasibətlərin dərinləşdiyini qeyd edib.

Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Nepal ilə əməkdaşlığın inkişaf etdiyini vurğulayan Kamran Əliyev, hər iki ölkənin sülhpərvərlik və bitərəflik ideyalarına sadiq olduğunu bildirib.

Prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın yekdilliklə bəşəriyyəti narahat edən ən vacib məsələlərdən biri olan qlobal iqlim siyasətində yeni dönüş nöqtəsini hədəfləyən COP29-a ev sahibliyi edəcəyini vurğulayan Kamran Əliyev, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə sahəsində mövcud beynəlxalq təcrübənin inkişafına təkan verəcəyini bildirib.

Ramesh Badal səmimi qəbula görə minnətdarlığını bildirərək 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin hərtərəfli inkşafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.

Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

XƏBƏR LENTİ
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
  • 19:59

    Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Menyu