http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

QAİ Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edib

30 Avqust 2023 , 09:29
QAİ Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edib

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.

"Operativ Media" xəbər verir ki, bu barədə İcmanın 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir:

“Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüşdür.Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və “Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya”da təsbit edilib.

Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.

Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir”.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

XƏBƏR LENTİ
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
  • 18:32

    Kamran Əliyev nepallı həmkarı ilə görüşüb
  • 18:27

    İstanbul hava limanı dünyanın ən yaxşı hava limanı seçilib
  • 18:19

    Britaniya Evil Corp qrupunun 16 hakerinə qarşı sanksiya tətbiq edib
  • 18:17

    Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq
Menyu