http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycandan Gürcüstüna keçməyə cəhd edən Əlcəzair vətəndaşları saxlanılıb

30 Avqust 2023 , 12:13
Azərbaycandan Gürcüstüna keçməyə cəhd edən Əlcəzair vətəndaşları saxlanılıb

Avqustun 30-da saat 07:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Amair Ziane və 1999-cu il təvəllüdlü Belkhatır Mohammed-Fodil sərhəd naryadı tərəfindən saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Ölkə üzrə faktiki hava açıqlanıb

Ölkə üzrə faktiki hava açıqlanıb

XƏBƏR LENTİ
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
  • 18:32

    Kamran Əliyev nepallı həmkarı ilə görüşüb
  • 18:27

    İstanbul hava limanı dünyanın ən yaxşı hava limanı seçilib
  • 18:19

    Britaniya Evil Corp qrupunun 16 hakerinə qarşı sanksiya tətbiq edib
  • 18:17

    Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq
Menyu