http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Lerikdə sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 obyektin sahibi barəsində inzibati qaydada tədbir görülüb

30 Avqust 2023 , 16:32
Lerikdə sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 obyektin sahibi barəsində inzibati qaydada tədbir görülüb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması  məqsədilə Lerikdə tədbirlər həyata keçirib.

Tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

XƏBƏR LENTİ
  • 21:35

    Bayden ABŞ ordusuna İranın İsrailə hücum etmək üçün atdığı raketləri vurmağı əmr edib
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
Menyu