http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb

31 Avqust 2023 , 17:26
Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb
Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat

Bir çox yerli və xarici media resurslarında avqustun 29-da Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb.
Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefon danışığı aparıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub.
Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycan Respublikasının dəstəyi və əməkdaşlığı təklif olunub.
Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.

OXŞAR XƏBƏRLƏR
Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

XƏBƏR LENTİ
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
Menyu