http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

"Azərbaycanın öz ərazilərinə tam nəzarət etmək üçün anti-terror əməliyyatı keçirməyə beynəlxalq hüquq çərçivəsində haqqı var" 

31 Avqust 2023 , 17:45
"Azərbaycanın öz ərazilərinə tam nəzarət etmək üçün anti-terror əməliyyatı keçirməyə beynəlxalq hüquq çərçivəsində haqqı var" 

"Azərbaycan öz sərhədləri daxilində nəzarətsiz ərazi saxlamayacaq. Azərbaycanın qanunsuz silahlı birləşmələri tərksilah etməyə, antiterror əməliyyatı keçirməyə tam hüququ çatır".

Bunu "Operativ Media"ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.

Sədrəddin Soltanın sözlərinə görə, erməni silahlılarının qanunsuzluğunun qarşısı tam alınmalıdır.

"Ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə hər cür qanunsuz əməllər törətdilər. Talan ediblər, evləri dağıdıblar, narkotik maddələri keçiriblər bu ərazilərdən hətta yeni ərazi iddiaları da olub. Elə buna görə də Azərbaycanın öz ərazisində nəzarətsiz bölgə qala bilməz. Bu istənilən dövlət üçün xarakterik bir qərardır. Sərhədləri daxilində tam nəzarət ölkə qanunvericiliyinə görə də belədir, beynəlxalq hüquqa görə də. Azərbaycanın Rusiya sülhməramlılarının hazırda olduğu Xankəndi, Xocalı və digər ərazilərə tam nəzarət etmək süveren haqqıdır.

Ekspertin sözlərinə görə, beynəlxalq hüquq bütün hallarda Azərbaycanın tərəfindədir: "Bütün dünya bu torpaqları Azərbaycanın ərazisi sayır və Azərbaycanın ərazisidirsə, orda süveren hüquqlarımızı bərpa etməliyik. Bərpa etmək üçün antiterror əməliyatından tutmuş hərbi əməliyyatlara qədər edə bilər. Orda qanunsuz silahlı birləşmələr var və o silahlı birləşmələri Azərbaycanın təmizləmək hüququ var. Beynəlxalq hüquq bu məsələdə Azərbaycanı tam dəstəkləyir, çünki bu hüququmuzdur. Ermənistanın içərisində olan revanşist qüvvələr, onların havadarları, Makron kimi Azərbaycanın haqq işinə kölgə salmaq istəyənlərin niyyəti isə baş tutmayacaq. Azərbaycan gec-tez bütün ərazisində tam nəzarəti həyata keçirəcək".

OXŞAR XƏBƏRLƏR
Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

XƏBƏR LENTİ
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
Menyu