http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

İsveç Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə çağırış edib

31 Avqust 2023 , 19:22
İsveç Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə çağırış edib

İsveç Krallığında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Media"ya bildirilib ki, İsveç Azərbaycanlıları Koordinasiya Şurası adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, azərbaycanəsilli isveçlilər Ermənistanda mövcud olan revanşist əhvali-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin son 3 il ərzində həll olunmadığı nəzərə çatdırılıb.

Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalar nəticəsində bu günədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğu və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha sadalanıb.

İsveç Azərbaycanlıları Koordinasiya Şurası bu kritik və önəmli mərhələdə beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa çağırıb. İşğaldan azad edilmiş Qarabağda irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə bölgəyə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə dəvət edib.

OXŞAR XƏBƏRLƏR
Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb

Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XƏBƏR LENTİ
  • 07:58

    Bakıda cinayət törətməkdə şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb
  • 07:26

    Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb
  • 06:18

    Tonqo sahillərində güclü zəlzələ olub
  • 06:09

    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
    Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
  • 05:59

    ÇL: "Borussiya Dortmund", "Mançester Siti" və "Barselona" asan qələbə qazandı
  • 05:54

    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
    İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
Menyu