http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq

01 Sentyabr 2023 , 19:57
Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla qərara alınır:

1. Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 291 200 (iki yüz doxsan bir min iki yüz) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

2.1. İdmançılar arasında rəqabətin səviyyəsi və ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etsin.

2.2. Bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

OXŞAR XƏBƏRLƏR
Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik

Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik

İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır

İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır

Prezident: Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir

Prezident: Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir

XƏBƏR LENTİ
  • 14:27

    İşğaldan azad edilmiş ərazilərdə 2734 şəxsin məşğulluğu təmin edilib
  • 14:14

    Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq
  • 14:04

    Qurban Qurbanov: "Musadan "Malmö" haqqında bir şeylər soruşmuşam"
  • 14:02

    “Chaputs Textile” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 13:59

    Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
  • 13:45

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
  • 13:36

    Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var
  • 13:30

Menyu