http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Hikmət Hacıyev: Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün ərizə ilə müraciət etməlidirlər

01 Sentyabr 2023 , 23:53
Hikmət Hacıyev: Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün ərizə ilə müraciət etməlidirlər

Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının (FCNM) üzvüdür:

“Belə konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.

O həmçinin İrəvana və Fransa kimi onu dəstəkləyənlərə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazinin “boz sahə”yə çevrilməsinə imkan verməyəcək.

“Əsl həll yolu yerdədir. Azərbaycan irəli getmək, reinteqrasiya prosesini təmin etmək və yolları açmaq prinsipini rəhbər tutaraq Qarabağ ermənilərini sosial, siyasi və bir sıra digər məsələləri müzakirə etmək və gündəliyi müəyyən etmək üçün birbaşa təmasda olmağa dəvət edib”, - Hikmət Hacıyev vurğulayıb.//Report//

OXŞAR XƏBƏRLƏR
Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik

Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik

İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır

İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır

Prezident: Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir

Prezident: Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir

XƏBƏR LENTİ
  • 14:27

    İşğaldan azad edilmiş ərazilərdə 2734 şəxsin məşğulluğu təmin edilib
  • 14:14

    Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq
  • 14:04

    Qurban Qurbanov: "Musadan "Malmö" haqqında bir şeylər soruşmuşam"
  • 14:02

    “Chaputs Textile” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 13:59

    Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
  • 13:45

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
  • 13:36

    Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var
  • 13:30

Menyu