http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Rusiya Odessa vilayətində limanı vurub (YENİLƏNİB)

03 Sentyabr 2023 , 12:38
Rusiya Odessa vilayətində limanı vurub (YENİLƏNİB)

Rusiyanın gecə saatlarında Ukraynanın Odessa vilayətindəki liman infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabında məlumat verib.

Məlumata görə, Rusiya ordusu gecə saatlarında Odessa vilayətinin cənubundakı mülki infrastruktura 3 saat 30 dəqiqə ərzində hücum edib.

Kiper Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən bölgədə Rusiyaya məxsus 22 PUA-nın məhv edildiyini bildirib: "Limanın infrastrukturuna da zərbə endirilib. Limanın 2 mülki işçisi yaralanaraq xəstəxanaya aparılıb".

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada isə gecə saatlarında Odessa bölgəsinə edilən hücumda Rusiyanın 25 PUA-dan istifadə etdiyi bildirilib.

*** 10:36

Odessada axşam saatlarında partlayış səsləri eşidilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” nəşri məlumat yayıb.

Partlayışla bağlı əlavə təfərrüatlar verilməyib.

Bundan əvvəl Odessa vilayətində hava həyəcanı elan edilmişdi. 

OXŞAR XƏBƏRLƏR
Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər

Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər

Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib

Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib

Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir

Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir

XƏBƏR LENTİ
  • 18:19

    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
  • 18:17

    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
  • 18:11

    Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər
  • 18:04

    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
  • 17:54

    Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
  • 17:53

    Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir
  • 17:42

    Reuters: Qəzzaya ərzaq tədarükü kəskin şəkildə azalıb
  • 17:34

    “Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib
Menyu