http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Yaxşı olar ki, Makron Yelisey Sarayında oturub Ermənistanı sülhə çağırsın"

06 Sentyabr 2023 , 14:28
"Yaxşı olar ki, Makron Yelisey Sarayında oturub Ermənistanı sülhə çağırsın"

Ermənistan kanalları məlumat yayıblar ki, Makron İrəvana və Bakıya səfər edəcək. Bu məlumat Azərbaycan ictimaiyyətində "Hansı üzlə?!" sualını doğurur. 

"Operativ Media" xəbər verir ki, bu barədə siyasətçi Fikrət Əliyev öz feysbuk səhifəsində paylaşım edib.

"Çünki 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə göz yuman, ATƏT-in Minsk Qrupunun üzvü olub məsələnin həllində heç bir addım atmayan, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazilərində öz silahlı qüvvələrini saxlaması barədə söz açmayan, Ermənistanı sülh gündəliyindən çıxaran Fransa hökumətini Azərbaycan xalqı yaxından tanıyır. 

Biz onların ədalət anlayışlarına şübhə ilə yanaşarıq. Onların demokratiyasına şübhə ilə yanaşırıq. Onların bölgəyə sülh gətirməyəcəyindən də əminik. Çünki bunu bizə illər sübut edib. Makronun İrəvan və Bakıya səfər etməyi hazırda heç nəyi dəyişmir. Təxminən 10 gün əvvəl Paris merinin Laçın keçid məntəqəsinin başlanğıcına etdiyi səfər də heç nə dəyişmədi. Bunlar rəsmi Paris üçün yaxşı mesajlardır. 

Ümumiyyətlə yaxşı olar ki, Makron elə ​Yelisey Sarayında oturub Ermənistanı təxribatlardan çəkinməyə, sülh danışıqlarını davam etdirməyə, Azərbaycanın ərazi bütövlüyünü tək sözdə deyil əməldə də tanımağa çağırsın.

Bu Makronun region üçün edə biləcəyi yeganə yaxşılıqdır"-paylaşımda deyilir.

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib

Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib

Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib

Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib

XƏBƏR LENTİ
  • 13:06

    Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?
  • 13:06

    Binə qəsəbəsində evdə yanğın olub
  • 13:04

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
  • 13:00

    “Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?
  • 12:57

    Cümə gününün havası açıqlanıb
  • 12:50

    Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib
  • 12:46

    Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib
  • 12:43

    Lukaşenko: "Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər"
Menyu