http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Salyanda rüşvət müqabilində saxta çıxarış verən şöbə müdirinin məhkəməsi başlayır

06 Sentyabr 2023 , 14:40
Salyanda rüşvət müqabilində saxta çıxarış verən şöbə müdirinin məhkəməsi başlayır

Tibb müəssisəsinin şöbə müdiri barəsində cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun  qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaq zamanı Xanış Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldığı rüşvət müqabilində saxtakarlığa yol verərək şəxsin xəstəxanada guya stasionar qaydada müalicə almasına dair xəstəlik tarixindən çıxarış təqdim etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Binə qəsəbəsində evdə yanğın olub

Binə qəsəbəsində evdə yanğın olub

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

XƏBƏR LENTİ
  • 13:06

    Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?
  • 13:06

    Binə qəsəbəsində evdə yanğın olub
  • 13:04

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
  • 13:00

    “Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?
  • 12:57

    Cümə gününün havası açıqlanıb
  • 12:50

    Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib
  • 12:46

    Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib
  • 12:43

    Lukaşenko: "Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər"
Menyu