http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

06 Sentyabr 2023 , 15:06
Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib.

Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Binə qəsəbəsində evdə yanğın olub

Binə qəsəbəsində evdə yanğın olub

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

XƏBƏR LENTİ
  • 13:06

    Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?
  • 13:06

    Binə qəsəbəsində evdə yanğın olub
  • 13:04

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
  • 13:00

    “Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?
  • 12:57

    Cümə gününün havası açıqlanıb
  • 12:50

    Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib
  • 12:46

    Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib
  • 12:43

    Lukaşenko: "Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər"
Menyu