http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Buraxılış imtahanının nəticələri açıqlanıb

07 Sentyabr 2023 , 17:52
Buraxılış imtahanının nəticələri açıqlanıb

2023-cü il sentyabrın 3-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən “Operativ Media”-ya verilən xəbərə görə, imtahanda iştirak edən şagirdlər müvafiq linkə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=12) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 sentyabr tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 8 sentyabr saat 12:00-dan 10 sentyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

OXŞAR XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

XƏBƏR LENTİ
  • 19:15

    Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb
  • 19:08

    Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib
  • 19:05

    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
  • 19:05

    I Liqa: "Zaqatala", "Karvan" və "İmişli" qələbə qazandı
  • 18:50

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
  • 18:42

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
  • 18:41

    Hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir
  • 18:35

    Monqolustanın prokurorluq əməkdaşları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar
Menyu