http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Rusiya Ermənistana nota verib - TAM MƏTN

08 Sentyabr 2023 , 19:41
Rusiya Ermənistana nota verib - TAM MƏTN

Ermənistannın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya Federasiyasının əlaqədar qurumunun notası təqdim edilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib. 

"Bu yaxınlarda biz Ermənistan Respublikasının rəsmi dairələrində və siyasi elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və Rusiya ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğu, habelə Moskva, İrəvan və Bakı arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun həyata keçirilməsinin mümkünlüyü haqqında müəyyən şübhələrin yarandığı eşitməkdəyik.

Bunun fonunda Ermənistan rəhbərliyi son günlər bir sıra qeyri-dost addımlar atıb, o cümlədən BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası prosesinə başlanılıb, baş nazirin həyat yoldaşı A.V.Akopyanın Kiyevə səfər edib, Kiyev nasist rejiminə humanitar yardım barədə vədlər verib, ABŞ-nin iştirakı ilə Ermənistan ərazisində hərbi təlimlər keçirilib.

Bununla bağlı Ermənistanın Moskvadakı səfiri V.V.Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib. Bundan əlavə, Ermənistan Respublikası Milli Məclisinin sədri A.R.Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Departament direktoru M.V. Zaxarova və bütövlükdə Rusiya Xarici İşlər Nazirliyinə ünvanladığı təhqiramiz bəyanatlarının qəbuledilməzliyini göstərən etiraz notası göndərilib. Sentyabrın 7-də Ermənistanda bloger M.Badalyanın və Sputnik Ermənistan radiosunun köşə yazarı A.Gevorkyanın saxlanılması ilə bağlı narahatlıqlar ayrıca bildirilib.

Eyni zamanda, Moskva qəti şəkildə inanır ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi üzrə bütün sazişlər ölkələrimizin xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək. Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin asanlaşdırılması üçün təşkilatın müşahidə missiyasının Ermənistana göndərilməsinə aiddir.

Rusiya tərəfi bundan sonra da bu məqsədlər üçün bütün lazımi səyləri göstərəcək", - bəyanatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu