http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Abşeron rayonunda hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib

09 Sentyabr 2023 , 12:25
Abşeron rayonunda hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib

Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Mehdiabad, Qobu və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əməliyyatlar zamanı saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuşlar  -  Nizami İsgəndərovdan 1 ədəd “Naqan” tipli tapança 3 ədəd patron, Asif Astanovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 27 ədəd patron, Azad Qənbərovdan 1 ədəd tapança, 3 ədəd patron, Davud Rəhimov və Pərviz Əliağayevdən isə 3 kiloqrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilib.

Digər əməliyyat zamanı Abşeron rayonunda oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8,  “isti izlərlə” cinayətin açılması üzrə 14, narkotiklə əlaqəli cinayətlərə görə 19 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 31, xırda xuliqanlığa və xırda talamaya görə 58 fakt aşkarlanıb, mülki axtarışda olan 25 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. 
Bununla yanaşı Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 156, narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən 2, avtoxuliqanlıq edən 19, dayanma-durma qaydalarını pozan 220 sürücü inzibati məsuliyyətə cəlb edilib. 

OXŞAR XƏBƏRLƏR
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu