http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışı oldu

09 Sentyabr 2023 , 18:55
“Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışı oldu

Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışına həsr olunmuş mərasim keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media" -ya verilən məlumata görə, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov kursu bitirən hərbi qulluqçuları salamlayaraq Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.

Qeyd edilib ki, ordumuzun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri də respublikamızın təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınması, eləcə də Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında etibarlı mühafizənin, əlverişli əməliyyat rejiminin saxlanılması və digər tapşırıqların icrası üçün digər qoşun növləri ilə birlikdə fəaliyyətini davamlı olaraq inkişaf etdirir.

“Dəniz Təməl Komando kursu”nun məzunları göstərilən yüksək etimadı xidməti fəaliyyətləri ilə doğruldacaqlarına söz veriblər. Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birinciləri, eləcə də kursun təşkilində və keçirilməsində fərqlənən təlimatçılardan bir qrupu mükafatlandırılıb.

“Dəniz Təməl Komando kursu”nun buraxılışına həsr olunmuş mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR
Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu