http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Penitensiar Xidmətin hərbi qulluqçusunun özünə xəsarət yetirməsiylə əlaqədar cinayət işi açılıb (YENİLƏNİB)

10 Sentyabr 2023 , 12:56
Penitensiar Xidmətin hərbi qulluqçusunun özünə xəsarət yetirməsiylə əlaqədar cinayət işi açılıb (YENİLƏNİB)

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Cəfərov Kənan Bəhmən oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

*** 10:56

Bakıda əsgər intihara cəhd edib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri, 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhmən oğlu xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib.

Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Məhkəmə “Aztelekom”u inzibati xəta törətdiyinə görə cərimələnib

Məhkəmə “Aztelekom”u inzibati xəta törətdiyinə görə cərimələnib

XƏBƏR LENTİ
  • 11:28

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  • 11:28

    Fernandu Santuş:
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Menyu