http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan QAC: Rusiyanın göndərdiyi ərzaq yüklü avtomobil Bərdədədir

10 Sentyabr 2023 , 12:48
Azərbaycan QAC: Rusiyanın göndərdiyi ərzaq yüklü avtomobil Bərdədədir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyəti arasında 2012-ci ildə əməkdaşlıq memorandumu imzalanıb. Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

"Operativ Media" xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev bildirib.

Rövşən Əliyev deyib ki, dünən günorta saatlarında həmin TIR Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki avtomobilinin müşayiəti ilə Samux sərhəd-keçid məntəqəsindən keçib: “TIR gecə saat 03.00 radələrində Bərdə şəhərinə daxil olub. Hazırda Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları ağır yol şəraitində gəldikləri üçün Bərdə otelində dincəlirlər. Yük Ağdam-Xankəndi yolu vasitəsi ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə çatdırılmaq üçün nəzərdə tutulub”.

OXŞAR XƏBƏRLƏR
Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

İcma:  Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

İcma: Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

XƏBƏR LENTİ
  • 11:28

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  • 11:28

    Fernandu Santuş:
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Menyu