http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakıda keçirilən Azərbaycan-İran Birgə Komissiyasının işçi görüşü başa çatıb

10 Sentyabr 2023 , 15:33
Bakıda keçirilən Azərbaycan-İran Birgə Komissiyasının işçi görüşü başa çatıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın ölkəmizdə keçirilən 3-cü iclası başa çatıb.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

İclasın yekun çıxışında son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Birgə Komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.

Sonda iclasın yekun protokolu imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov Türkiyəyə səfər edib

Zakir Həsənov Türkiyəyə səfər edib

Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB

Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

XƏBƏR LENTİ
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
  • 10:56

    Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • 10:50

    Beyrut-Dəməşq avtomobil yolu İsrailin hava hücumundan sonra sıradan çıxıb
Menyu