http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Məktəblinin telefondan istifadəsi necə tənzimlənməlidir?

12 Sentyabr 2023 , 11:22
Məktəblinin telefondan istifadəsi necə tənzimlənməlidir?

Təhsil naziri Emin Əmrullayevin brifinqdə toxunduğu məktəblərdə telefonlardan istifadə məsələsinin necə nizamlanarsa, faydalı olacağı təhsil müəssisələrinin açılmasına bir neçə gün qaldığı ərəfədə həm məktəb rəhbərliyini, həm də şagirdləri düşündürür. Hərçənd bəzi məktəblərin daxili qaydalarına əsasən telefondan istifadə qadağandır, lakin dövrün dərs metodikasında telefondan istifadənin lazım gəldiyi mövzuların olması istisna deyil. 

Telefona öyrəşmiş müasir dövr yeniyetməsinin dərs müddətində bunu necə tənzimləməli olduğu məsələsini həm təhsil, həm də psixoloji cəhətdən araşdırdıq.
 
Təhsil eksperti Elçin Əfəndi “Operativ Media”ya açıqlamasında bildirib ki, şagirdlərin məktəbdə telefondan istifadəsi onları dərslərdən yayındırır, o, auditoriyada oturduğu zaman üzərində telefon olmamalıdır.

Yaş 2 olsa da, fəaliyyətiniz beşlikdir" - Elçin ƏfəndiOnun sözlərinə görə, dövrün reallığında valideynlər özləri ən bahalı telefonlarla övladlarını təmin edirlər ki, bu da təhsil keyfiyyəti göstəricilərinə mənfi təsir edir:

“Əgər telefon məktəbə qədər daşınırsa, mütləq məktəbdə yığılmalıdır və şagird auditoriyaya telefonsuz daxil olmalıdır. Bugünün acı reallığı ondan ibarətdir ki, valideynlər övladlarına ən bahalı telefonlarla alıb verirlər və hətta 1-ci sinifdən 11-ci sinfə qədər təhsil alan 1 600 000 nəfər şagird varsa, onların, demək olar ki, bir milyondan çoxu mobil telefon işlədir və bu təhsil keyfiyyət göstəricilərinə, hazırlıqlarına, müvafiq mövzuları mənimsəmələrinə birbaşa təsir edən amillərdəndir. Valideynlər övladlarına bahalı telefon alınca, sırf onun çatıb-çatmadığı barədə əlaqə saxlamaq üçün sadə telefonlar alıb verə bilərlər. Lakin şagirdi valideyn məktəbə aparıb gətirirsə, bu zaman telefon istifadəsi çox da əhəmiyyət kəsb etmir”. 

Ekspert bildirib ki,  müəyyən mövzularla bağlı internet resurslarından məhz mobil telefon vasitəsilə bəhrələnmək istəyən şagird məktəblərdəki kompüterlərdən yararlana bilər:

“Şagird auditoriyada oturub müəllimin keçdiyi dərsi dinləmək əvəzinə oyun oynayırsa, musiqi dinləyirsə, müəyyən görüntülərə baxır və yaxud özü dərsin gedişatını pozursa, burada artıq ciddi məqamlar var və xoşagəlməz halların sayı artır. Bununla bağlı ötən tədris illərində xeyli neqativ halların şahidi olmuşuq. Bunun baş verməməsi üçün ilk növbədə valideyn diqqətli olmalıdır, eyni zamanda məktəblərdə bu kimi məsələlərə həssaslıq nümayiş etdirilməlidir.

Şagird müəyyən mövzularla bağlı internet resurslarından məhz mobil telefon vasitəsilə bəhrələnmək olduğunu iddia edirsə, bunun üçün  müvafiq olaraq məktəblərdə  kompüterlər mövcuddur”.

Mövzuya dair psixoloq Ülviyyə Murtuzova bildirib ki, yeniyetmələrdə artıq telefon və sosial şəbəkə asılılığı deyilən bir sindrom yaranıb:

“İnsanlarda müəyyən yaş dönəmlərində bəzi asılılıqlar mövcud olur, məsələn, narkotik maddə, alkoqol, qumar asılılığı və s. Uşaqlarda və yeniyetmələrdə isə tənzimləmə mexanizmi düzgün getməyəndə artıq sosial şəbəkə aludəçisi olmaq və telefon asılılığı deyilən bir sindrom yaranır. Uşaqların kompüter və telefondan hər günün yarısında iki saatdan artıq olmamaq şərti ilə istifadəsi mümkündür və bu, məqbul hesab edilir. Lakin bundan aşırı dərəcədə istifadəni görən valideyn, göz yumub heç nə olmamış kimi ötüb keçirsə, sonradan düzgün proqramı bərpa etmək gücü olmayacaq. Bu cür istifadə prosesinin həm də məktəbdə telefonsuzluğa öyrəşməsinə böyük bir təsir edəcək, amma bunun tamamilə yox olmasına səbəb olmayacaq. Burada əsas güc məktəb rəhbərliyinə düşür, onlar tənzimləmə mexanizmini işə salmalıdır. Valideynlər danışaraq, anlataraq övladlarına izah etməlidirlər ki, bu sənin yaxşılığın üçündür və 2 saat telefondan və internetdən istifadə imkanı tanımalıdırlar, əks halda uşaq valideyninə qarşı çıxacaq ki, sən məni düşünmürsən, pis olmağımı arzu edirsən və s. Buna görə də cəzalandırma və ya məcburi yol ilə deyil, mükafatlandırma ilə uşaqları zamanla telefondan uzaqlaşdırmağa nail olmaq mümkündür”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
  • 18:23

    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
  • 18:16

    Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib
  • 18:08

    Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
  • 18:01

    Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
Menyu