http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşüb

12 Sentyabr 2023 , 13:46
Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində 12 sentyabr 2023-cü il tarixində BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafə olunaraq, UNOG-nin insan hüquqları, gənclər, gender bərabərliyi, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf kimi istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.

Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, 2023-cü ildə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramına (SPECA) sədrlik etdiyi və cari ilin noyabr ayında Bakıda SPECA-nın sammitinin baş tutacağı diqqətə çatdırılıb.

Sülh və təhlükəsizliyin təşviqi, humanitar, sosial-iqtisadi inkişafda bərabərlik kimi prinsiplərin Azərbaycanın SPECA ilə yanaşı, Qoşulmama Hərəkatında sədrliyi və digər beynəlxalq təsisatlardakı təşəbbüslərinin əsas meyarlarını təşkil etdiyi diqqətə çatdırılıb.

Xanım Valovayanın 2022-ci ildən etibarən Azərbaycana baş tutmuş səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə UNOG-nin rəhbərinə minnətdarlıq bildirilib.

Görüş zamanı, bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Post-münaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistanın təxribatları diqqətə çatdırılıb. Ölkəmizə qarşı mina təhdidləri xüsusi vurğulanıb. Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassızlığı barədə faktlar qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
  • 18:23

    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
  • 18:16

    Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib
  • 18:08

    Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
  • 18:01

    Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
Menyu