http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Prezident: "Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz"

20 Sentyabr 2023 , 21:26
Prezident: "Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz"

Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər.

"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.

Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: “Yetər artıq! Biz bunu tələb edirik”.

Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: “Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

OXŞAR XƏBƏRLƏR
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib

Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib

Paşinyan Putini təbrik edib

Paşinyan Putini təbrik edib

XƏBƏR LENTİ
  • 14:19

    Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat aldı
  • 14:10

    “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda Azərbaycan Ticarət Forumu keçirilib
  • 14:07

    Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
  • 13:53

    Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsib
  • 13:46

    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
  • 13:39

    Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib
  • 13:32

    Bir il ərzində Qəzza zolağında 42 minə yaxın insan həlak olub
  • 13:23

    İraqın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib
Menyu