http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

07 Oktyabr 2024 , 14:07
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Mediada yayılan videogörüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 132 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb. Həmçinin qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

Agentlikdən "Operativ Media" verilən məlumata görə, yoxlama zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının yoxluğu, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu peraşki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

OXŞAR XƏBƏRLƏR
DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb

Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb

XƏBƏR LENTİ
  • 16:21

    DYP sürücülərə müraciət edib
  • 16:19

    Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb
  • 16:08

    Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb
  • 16:02

    MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
    MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
  • 15:57

    Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3
    Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3
  • 15:53

    Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib
  • 15:52

    Premyer Liqa klubu hücumçusu ilə 2030-cu ilə qədər müqavilə imzaladı
  • 15:48

    MDB XİN başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək
Menyu