http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycanın XİN başçısı Finlandiyanın xarici və avropa işləri naziri ilə görüşüb

21 Sentyabr 2023 , 06:58
Azərbaycanın XİN başçısı Finlandiyanın xarici və avropa işləri naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Finlandiyanın Xarici və Avropa işləri naziri Elina Valtonen arasında görüş keçirilib.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, nazir Ceyhun Bayramov tərəf müqabilini Ermənistanın ərazilərimizin 30 illik işğalı, Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan ardıcıl addımlar haqqında məlumatlandırılıb.

Nazir eyni zamanda Finlandiyalı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barəsində məlumatlandırıb və bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb.

C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın dördüncü paraqrafını kobud şəkildə pozmaqla Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamasının, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı separatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsinin regionda gərginliyin əsas səbəbi olduğunu bildirib.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyini, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd olunub.

Son olaraq, 18 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.

Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror tədbirlərinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

C.Bayramov vurğulayıb ki, mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.

Nazir anti-terror tədbirləri nəticəsində erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması tədbirlərinin və erməni sakinlərin Azərbaycanın konstitusion quruluşu çərçivəsində reinteqrasiyası tədbirlərinin Ermənistanla sülh prosesinə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir müdadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
MDB XİN başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

MDB XİN başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası başlayıb

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası başlayıb

Putin sabah Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirəcək

Putin sabah Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirəcək

XƏBƏR LENTİ
  • 16:28

    Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
    Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
  • 16:21

    DYP sürücülərə müraciət edib
  • 16:19

    Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb
  • 16:08

    Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb
  • 16:02

    MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
    MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
  • 15:57

    Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3
    Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3
  • 15:53

    Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib
  • 15:52

    Premyer Liqa klubu hücumçusu ilə 2030-cu ilə qədər müqavilə imzaladı
Menyu