http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3

07 Oktyabr 2024 , 15:57
Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

15:40

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

***

15:25

07.10.2024-cü il tarixində saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Bu barədə TƏBİB "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.

Əlavə məlumat veriləcək.

***

14:23

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

Agentlik: Ötən ay 233 nəfərin diplomu tanınmayıb

Agentlik: Ötən ay 233 nəfərin diplomu tanınmayıb

XİN: Suriya və İraqdan 8 nəfərin repatriasiyası həyata keçirilib

XİN: Suriya və İraqdan 8 nəfərin repatriasiyası həyata keçirilib

XƏBƏR LENTİ
  • 16:31

    Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib
  • 16:28

    Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
    Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
  • 16:21

    DYP sürücülərə müraciət edib
  • 16:19

    Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb
  • 16:08

    Bakıda təmir səbəbindən yolda sıxlıq yaranıb
  • 16:02

    MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
    MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
  • 15:57

    Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3
    Qazanxanada partlayış baş verib, 1 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 3
  • 15:53

    Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib
Menyu